...

Narkotika qaçaqmalçıları ilə silahlı toqquşmada Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi qətlə yetirilib

Siyasət Materials 5 Noyabr 2007 11:34 (UTC +04:00)
Narkotika qaçaqmalçıları ilə silahlı toqquşmada Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi qətlə yetirilib

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli, K.Zərbəliyeva/ İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik maddə keçirən dəstə ilə polis arasında bazar günü silahlı toqquşmada DİN-in yüksək vəzifəli şəxsi öldürülüb. Hüquq-mühafizə orqanlarından bazar ertəsi Trend ə bildiriblər ki, paytaxt Bakıdan 230 kilometr cənubda yerləşən Cəlilabad rayonunda İran və Azərbaycan vətəndaşlarından ibarət narkotiklərin qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi üçün əməliyyat keçirilib. Əməliyyat zamanı Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namiq Musayev qətlə yetirilib, cinayətkar dəstə üzvlərindən isə külli miqdarda heroin götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azərbaycanın cənub bölgəsində silahlı toqquşmanın olduğunu təsdiqləsələr də, əlavə məlumat verilməyib.

Bir neçə ay öncə Cəlilabad rayonunda analoji hadisə baş verib. Həmin silahlı toqquşma zamanı DİN Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanovun avtomobili silahlılar tərəfindən atəşə tutulub.

Xəbər lenti

Xəbər lenti