...

ATƏT Gürcüstan hakimiyyətini ölkədəki fövqəladə vəziyyəti ləğv etməyə çağırıb

Siyasət Materials 12 Noyabr 2007 05:27 (UTC +04:00)
ATƏT Gürcüstan hakimiyyətini ölkədəki fövqəladə vəziyyəti ləğv etməyə çağırıb

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Gürcüstan hakimiyyətini ölkədəki fövqəladə vəziyyəti ləğv etməyə çağırıb.

Gürcüstana ikigünlük səfərə gələn ATƏT-in xüsusi elçisi Xosep Borell Fontelles mətbuat azadlğının bərpasının vacibliyini önə çəkərək qeyd edib ki, yanvarın 5-də Gürcüstanda prezident seçkilərinin azad və ədalətli keçməsi üçün lazımi şərtlərin təmin edilməsi zəruridir.

Əvvəllər analoji çağırışla Gürcüstana səfər etmiş ABŞ dövlət katibinin köməkçisinin müavini Metyu Brayza da çıxış edib.

Tbilisidə isə hakimiyyətlə müxalifət arasında dialoq başlayıb. Dialoqda parlament sədri Nino Burcanadze, hakim partiyanın bir sıra nüfuzlu deputatı və müxalifət partiyalarının Milli Şurasının liderləri iştirak edirlər.

Konstitusiyaya uyğun olaraq prezident Mixail Saakaşvili yanvarın 5-ə təyin olunmuş növbədənkənar seçkilərə 45 gün qalmış, yəni noyabrın 22-də səlahiyyətlərinə xitam verməlidir. Ölkə başçısının səlahiyyətlərini parlament spikeri icra edəcək.

Xəbər lenti

Xəbər lenti