...

Azərbaycan Parlamenti PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı bəyanat hazırlayıb

Siyasət Materials 13 Noyabr 2007 12:48 (UTC +04:00)
Azərbaycan Parlamenti PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı bəyanat hazırlayıb

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı bəyanatı hazırdır. Bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında "Ana Vətən" partiyasının sədri, PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı bəyanatı hazırlamaq üçün yaradılmış komissiyanın üzvü Fəzail Ağamalı məlumat verib.

Ağamalının sözlərinə görə, komissiya dünən iclas keçirərək bəyanatın layihəsini müzakirə etməliymiş, lakin Bolqarıstan baş nazirinin Milli Məclisdə görüş keçirməsi komissiyanın iclasının təxirə salınmasına səbəb olub.

"Bu gün ola bilsin ki, komissiyanın iclası keçirilsin və bəyanatı müzakirə edək" - deyə komissiya üzvü bildirib.

Millət vəkili vurğulayıb ki, bəyanatın layihəsi ekspertlər tərəfindən hazırlanıb. Sənəddə dəyişiklik ediləcəyi də istisna deyil: "Bu bəyanatın qəbul olunması ilə Azərbaycan dövləti Milli Məclis səviyyəsində rəsmi şəkildə PKK-nı terrorçu təşkilat kimi tanıyacaq. Əgər PKK Azərbaycan ərazisindən tranzit kimi istifadə etməyə cəhd göstərsə, Azərbaycan ona qarşı çox sərt tədbirlər görəcək. Bəyanat dünyanın diqqətinə çatdırılacaq".

Xəbər lenti

Xəbər lenti