...

Iranın daxilində nüvə məsələsi üzrə fikir ayrlıqları artmaqdadır -- İran politoloqu

Siyasət Materials 23 Noyabr 2007 15:01 (UTC +04:00)
Iranın daxilində nüvə məsələsi üzrə fikir ayrlıqları artmaqdadır -- İran politoloqu

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ Ölkə daxilində əksər sisayi təşkilatların, uranın zənginləşdirilməsi planı məsələsində İran hakimiyyətinə eitrazları artıb . "Iranın daxilində nüvə məsələsi üzrə fikir ayrlıqları artmaqdadır"- İran politoloqu İsa Səhərxiz bildirib.

İranda "Müşarikət" və "Nehzət-milli" partiyasının nümayəndələri İrana qarşı BMT Təhlükəsizlik Şurasının 3-cü Qətnaməsinin tətbiq olunması yaxud ABŞ-la müharibənin baş verməsi ehtimalının güclənməsilə əlaqədar olaraq, dövlətin siyasətinə etiraz ediblər. "Müşarikət partiyasını təmsil edən İranın sabiq prezidenti Məhəmməd Hatəmi, sabiq Milli Təhlükəsizlik Şurasının sədri Həsən Ruhani İran prezidenti Mahmud Əhmədinejadın siyasətinə etirazlarını bildiriblər. İqtidarda olan "Usulgəralar" partiyasının orqanı olan "Cümhuri -islami" qəzetinin noyabrın 21- də çıxan sayında rəsmi Tehranın tutduğu mövqe kəskin tənqid olunub. "Nehzət-milli" partiyasının sədri İbrahim Yəzdi və 2003-cü ildə Nobel mükafatına layiq görülmüş hüqüq müdafiəçisi Şirin Ebadi isə, xalqı dövlətə qarşı etiraz aksiyası keçirməyə çağırıb.

Səhərxiz cümə axşamı Tehrandan Telefonla Trend ə bildirb ki, İran prezidenti yalnız ölkə xaricində deyil, daxildə də böhran yaradıb. " İranın nüvə böhranı getdikcə dərinləşir. Ölkəyə, nüvə texnikasından çox, sülh və sabitlik lazimdir. Nüvə texnikasına yiyələnmək , bir ölkəni müharibədən xilas etməkdən bu qədərmi vacibdir ? ABŞ-ın mövqeyini Avropa Birliyi dəstəkləyir. Bu isə, müharibənin başlanacağına ciddi mesajdır."- deyə Səhərxiz bildirib.

MAQATE-nin sədri Məhəmməd Əlbəradeyi noyabrın 22-də bu Agentliyin iclasında bildirib ki, İran nüvə məsələsi üzrə bizimlə əməkdaşlıq edib və bir çox şübhələrə aydınlıq gətirib. Lakin, hələ də, əsas problemlər aradan qaldırılmayıb və bu ölkənin nüvə planının sülhməramlı olduğuna qətiyyən inanmaq olmaz.

Əhmədinejad noyabrın 21-də İranın Ərdəbil şəhərinə səfəri zamanı bildirib ki, nüvə problemi artıq aradan qaldırılıb. İrana bu məsələyə görə təzyiq göstərən dövlətlər ölkə əhalisindən üzr istəməlidirlər. Bizim haqlı olduğumuzu bir neçə ölkədən bağqa dünya ictimaiyyəti qəbul edir.

Digər İran politoloqu Cəfər Məhəmmədi isə, Tehrandan Trend ə telefonla bildirib ki, nüvə məsələsində İran tamamilə haqlıdır və tutduğu mövqedən geri çəkilməməlidir. "Hüquqi baxımdan, İranın nüvə texnikasına yiyələnməyi beynəlxalq qanunlara uyğundur, bunu dünya ictimaiyyəti qəbul edir. Ancaq bəzi Qərb ölkələri məsələni siyasiləşdirir və bu bəhanələrlə rəsmi Tehrana təzyiq göstərməyə çalışırlar. MAQATE İsrailin nüvə stansiyalarına nəzarət edə bilmədiyi halda, İranın bu Agentliyin nəzarəti altında nüvə stansiyalarının fəaliyyətinə mane olması düzgün deyil. "Nüvə texnikasına İranın ehtiyacı var, çoxlu sərmayələr yatırılıb və geriyə yolu yoxdur"-deyə Məhəmmədi bildirib.

İRNA agentliyinin məlumatına əsasən, İran prezidenti OPEC iclasında bildirib ki, uranın zənginləşdirilməsini dayandırsaq, ABŞ demokratiya, insan haqları və digər bəhanələrlə İrana təzyiq göstərməyə davam edəcək.

Xəbər lenti

Xəbər lenti