...

Dünya Bankının İrana qarşı iqtisadi sanksiyası siyasi baxımdan ölkə üçün təhlükə yaradır - İranın iqtisadiyyat üzrə eksperti

Siyasət Materials 26 Noyabr 2007 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ Dünya Bankının İrana maliyyə krediti verməkdən imtina etməsi siyasi nöqte-nəzərdən rəsmi Tehrana qarşı qüvvələrin birləşməsinin göstəricisidir. "Dünya Bankının İrana qarşı iqtisadi sanksiyası siyasi baxımdan ölkə üçün təhlükə yaradır" - İranın iqtisadiyyat üzrə eksperti Bijən Bidabad bildirib.

İranın "Farsnews" agentliyinin noyabrın 26-da yaydığı məlumata əsasən, Beynəlxalq Bank İrana bir daha kreditlə maliyyə yardımı göstərməkdən imtina edib. BMT Təhlükəsizlik Şurası İrana qarşı uranın zənginləşdirilməsi planını davam etdirdiyinə görə iki dəfə qətnamə qəbul edib. Bundan əlavə, ABŞ qətnamələrin çərçivəsindən kənar İranın dörd bankına qarşı da sanksiya tətbiq edib.

Bidabad bazar ertəsi Tehrandan telefonla Trend ə bildirib ki, Dünya Bankının İrana sanksiya tətbiq etməsi qanuni deyil. "Bu bankın qanunlarına əsasən, üzvlərə qarşı siyasi qərar qəbul olunmamalıdır. Buna baxmayaraq, hazırda İranın ehtiyat fondunda 70 milyard dollar maliyyə vəsaiti var. Bundan əlavə, indiyədək rəsmi Tehran Dünya Bankına maliyyə baxımından bağlı olmayıb, yəni iqtisadi baxımdan İrana təhlükə yaranmayacaq" - deyə ekspert bildirib.

Beynəlxalq Bank İranla 2000-2005-ci illər arasında bağlanmış iqtisadi müqavilələri və sərmayə layihələrini davam etdirəcək, lakin ölkəyə yeni vəsait ayırmaqdan imtina edib. 1979-cu ildə baş vermiş İran İslam İnqilabından bu günədək İran Qərb tərəfindən davamlı olaraq sanksiyalara məruz qalıb. Hazırda İranın ehtiyat fondunda 68 milyard dollar maliyyə vəsaiti var, Dünya Bankından 2.857 milyrad dollar məbləğində səhm alib. 1979-cu il inqilabından indiyədək Beynəlxalq Bank İrana 2.5 milyard dollar həcmində kredit təqdim edib və hazırda sabiq layihələrə görə, İrana 770 milyon dollar vəsait verməlidir.

Bidabad bildirib ki, Dünya Bankı ABŞ və Britaniyanın təzyiqi nəticəsində İranla iqtisadi münasibətlərini dayandırıb. "Bu isə İran üçün iqtisadi baxımdan yox, siyasi nöqteyi-nəzərdən çox təhlükəlidir. Dünya Bankı İranı boykot etməklə, ABŞ-in İrana qarşı sanksiyalarının beynəlxalq səviyyədə qəbul olunmasını bir daha göstərir. BMT Təhlükəsizlik Şurası İran əleyhinə 3-cü qətnaməni qəbul etsə, bundan sonra 3-cü qətnamə ABŞ-ın rəsmi Tehrana qarşı qəbul edilmiş birbaşa sanksiyaları ilə paralel şəkildə və beynəlxalq səviyyədə icra olunacaq. Bu isə İrana böyük bir təhlükədir" - deyə Bidabad bildirib.

Xəbər lenti

Xəbər lenti