...

MSK aşağı seçki komissiyaları üçün növbəti kurslara başlayır

Siyasət Materials 27 Noyabr 2007 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Dekabrın 3-dən başlayaraq, dairə seçki komissiyaların üzvləri və məntəqə seçki komissiyaların sədrlərinin marifləndirməsi məqsədilə kurslar keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın çərşənbə axşamı keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, kurslarda 5 min nəfər məntəqə seçki komissiyasının sədri və mindən çox dairə seçki komissiyası üzvləri iştirak edəcək. Kurslarda MSK üzvləri, MSK aparatının əməkdaşları məruzələr edəcəklər. Bu kursların keçirilməsi Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə Milli fəaliyyət planının təsdiqlənməsi haqqında" 28 dekabr 2006-cı il tarixli sərəncamın tələblərindən irəli gəlir.

MSK oktyabrın 16-dan noyabrın 20-dək DSK üçün belə kurslar təşkil etmişdi.

Xəbər lenti

Xəbər lenti