...

Bakıda velosiped yollarının salınmasını tələb edən bir qrup gənc saxlanılıb

Siyasət Materials 28 Noyabr 2007 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bir qrup gənc Bakıda velosiped yollarının salınması tələbi ilə Milli Parkda velosiped yürüşü keçirmək istəyib, lakin polis əməkdaşları buna mane olaraq gəncləri saxlayıblar.

Bu barədə Trend ə "Dalğa" Gənclər Hərəkatının sədri Vəfa Cəfərova məlumat verib. Onun sözlərinə görə, hələ velosiped yürüşünə başlamazdan qabaq polislər iki nəfə gənci taksiyə oturdaraq bölməyə aparıblar.

Sonradan digər gənclər Milli Parkda velosiped sürməyə cəhd göstəriblər. Polislər altı nəfər gənci saxlayaraq Səbail rayon 9-cu polis bölməsinə aparıblar.

Hazırda gənclər bölmədə saxlanılır, onların yanına bölməyə hüquq müdafiəçiləri Arzu Abdullayeva və Səidə Qocamanlı da gəliblər. Cəfərovanın sözlərinə görə, polislər hələlik gəncləri sərbəst buraxmaq fikrində deyillər.

Xəbər lenti

Xəbər lenti