...

Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının rəhbəri azadlığa buraxıldı

Siyasət Materials 4 Dekabr 2007 14:58 (UTC +04:00)
Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının rəhbəri azadlığa buraxıldı

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının rəhbəri Daşqın Gülməmmədov bu gün saat 14.00-da Tbilisi şəhər məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Bu barədə Tbilisidən Trend ə Gülməmmədov özü məlumat verib.

Gürcüstanda prezidentliyə azərbaycanlı namizəd Fazil Əliyevin seçki qərargahının rəhbəri Gülməmmədov noyabrın 27-də Tbilisidə Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. O, "milli ayrıseçkilik salmaqda" (Cinayət Məcəlləsinin 144-cü maddəsi) təqsirli bilinib və ötən həftə Tbilisi məhkəməsinin qərarı ilə 2 aylıq həbs cəzasına məhkum olunmuşdu.

Gülməmmədov bildirib ki, Gürcüstanın baş prokurorunun rəyi əsasında çərşənbə axşamı Tbilisi şəhər məhkəməsi onun sərbəst buraxılması haqda qərar çıxarıb. Gülməmmədov azad olunmasının səbəbini beynəlxalq ictimaiyyətin və Gürcüstanda yaşayan azərbaycanlıların hakimiyyətə təzyiqinin nəticəsi kimi qiymətləndirir: "Gürcüstan hakimiyyəti bu təzyiqlərdən çəkindi və mənim barəmdə qondarma ittihamlar yürüdərək həbsimi davam etdirə bilmədi" -deyə Gülməmmədov bildirib.

O əlavə edib ki, noyabrın 27-də həbs olunmasından sonra yaşlı babası xəbəri eşitdikdən sonra vəfat edib. Gülməmmədov buna görə də hakimiyyəti günahlandırır.

Xəbər lenti

Xəbər lenti