...

Timoşenkonun Baş nazir olması Ukraynanı iqtisadi cəhətdən inkişaf etdirməyə hazır olduğunu sübut etmək üçün ikinci şansdır- Almaniya eksperti

Siyasət Materials 19 Dekabr 2007 16:57 (UTC +04:00)
Timoşenkonun Baş nazir olması Ukraynanı iqtisadi cəhətdən inkişaf etdirməyə hazır olduğunu sübut etmək üçün ikinci şansdır- Almaniya eksperti

Bakı, Azərbaycan / Trend , müxbir A. Qasımova/ Ukraynanın Baş nazir seçilməklə, Yuliya Timoşenko Ukraynanı iqtisadi baxımdan inkişaf etdirmək üçün öz üzərinə məsuliyyət götürməyə hazır olduğunu sübut etmək üçün ikinci şans qazanıb.

"Timoşenko təkcə müxalifətdən hakimiyyət uğrunda mübarizə aparmaq iqtidarında olduğunu deyil, eləcə də, Ukrayna kimi nəhəng ölkənin iqtisadi inkişafı üçün üzərinə məsuliyyət götürməyə hazır olduğunu sübut etməyə ikinci şans qazanıb" - deyə Almaniyanın Xarici Siyasət Şurasının Rusiya və MDB ölkələri proqramının direktoru Aleksandr Rar hesab edir.

Ukrayna Ali Radasının deputatları dünən Timoşenkonu ölkənin Baş naziri seçib.

Səsvermədə "narıncı fraksiyalar"dan, yəni Timoşenko Blokundan və "Naşa Ukraina- Narodnaya Samooborona"dan (Bizim Ukrayna- Xalq Özünümüdafiəsi") 226 deputat iştirak edib. Timoşenkonun namizədliyini bu fraksiyanın iclacda iştirak edən bütün üzvləri dəstəkləyib.

Çərşənbə axşamı Rarın telefonla Moskvadan Trend ə verdiyi məlumata görə, "Timoşenko Ukraynanın terminatoru deyil, inteqratoru olmalıdır.

Rarın sözlərinə görə, yeni Baş nazirin əsas prioriteti ölkənin qərb və şərq hissəsinin birləşdirilməsi olmalıdır. "Bunun ən yaxşı vasitəsi iqtisadi maraqların birləşdirilməsidir" - deyə ekspert qeyd edib.

Dekarın 11-də Rada Timoşenkonu Baş nazir postuna təsdiq edə bilməyib, belə ki, iki dəfə ardıcıl olaraq, 225 deputat Timoşenkoya səs verib və bu, tələb olunan saydan 1 səs az olub. Koalisiya bəyan edib ki, elektron səsvermə kəsilib, lakin yoxlama bu şübhələri təsdiq etməyib. Bu səbəbdən də adbaad səs vermək barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti