...

Prezident ilham Əliyev yeni musiqili fəvvarənin açılışında iştirak etd\mişdir

Siyasət Materials 28 Dekabr 2007 21:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Prezident İlham Əliyev cümə günü Milli parkda yenidən qurulmuş "Ağ" musiqili fəvvarəsinin açılışında iştirak etmişdir.

Fəvvarənin layihəsi İtaliyada hazırlanıb və mütəxəssislər də oradan gölmişlər. Belə bir musiqili fəvvarə dünyada yeganədir və layihənin müəlliflik hüququ Azərbaycana müxsusdur. Fəvvarənin hovuzunda Braziliyadan hazır götirilən ağ kristallik mərmərlər, ətrafa isə Yaponiya texnologiyası əsasında hazırlanan qranit döşənibdir.

Musiqi kompozisiyası Çaykovski, Ştraus və Sviridovun əsərləri, habelə Alim Qasımovun ifa etdiyi muğam əsasında hazırlanmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli parkda gəzintiyə, istirahətə çıxan sakinlərlə də görüşdülər.

Xəbər lenti

Xəbər lenti