...

ABŞ institutları prezident seçkisində müşahidə aparacaq

Siyasət Materials 1 Fevral 2008 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir S.İlhamqızı/ABŞ-ın müxtəlif institutları bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkisində müşahidələr aparacaq. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Conatan Henik məlumat verib.

Onun sözlərinə görə, ABŞ hökuməti prezident seçkisinin azad, şəffaf keçirilməsini istəyir və səfirlik bu məqsədlə Azərbaycan hökuməti ilə danışıqlar aparır: "Biz öz təkliflərimizi hökumətə təqdim edəcəyik. Seçkilərin azad, şəffaf olması üçün ABŞ-ın müxtəlif institutlarının, Milli Demokratiya İnstitutunun, İFES və digər təşkilatların bir sıra proqramları var".

O, əlavə edib ki, seçki ilə əlaqədar ABŞ səfirliyi ATƏT-lə də danışıqlar aparır, hansı proqramların dəstəklənəcəyi müzakirə olunur.

Henik bildirib ki, səfirlik prezident seçkində "exit poll"ların keçirilməsi proqramlarını da dəstəkləyəcək.

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Trend ə açıqlamasında bildirib ki, hansı təşkilatların seçkidə müşahidə aparacağı və "exit-poll" keçirəcəyi yay aylarında məlum olacaq. Onun sözlərinə görə, MSK "exit-poll"la bağlı heç bir dövlətə, təşkilatlara dəvət və müraciətlər etmir.

Xəbər lenti

Xəbər lenti