Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbr E.Hüseynli/ Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) ölkədə narkotik maddələrin satışı və istifadəsi ilə məşğul olan Gürcüstan vətəndaşlarını saxlayıb. DİN-in mətbuat xidmətindən bazar ertəsi Trend ə bildiriblər ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 3-də Gürcüstan vətəndaşı David Barbakadzedən 250,799 qram heroin götürülüb. Barbakadzeyə narkotik vasitəni satmış həmyerlisi, əvvəllər məhkum olunmuş İsa Hümbətov da tutulub, ondan 2,61 qram marixuana və 10,248 qram heroin götürülüb.
Faktla bağlı araşdırma aparılır.