...

Azərbaycan prezidenti Dmitri Medvedyevi Rusiyanın prezidenti seçilməsi münasibətilə təbrik edib

Siyasət Materials 3 Mart 2008 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend / Azərbaycan prezidenti bazar ertəsi Dmitri Medvedyevi Rusiyanın prezidenti seçilməsi münasibətilə təbrik edib.

Təbrik məktubunda bu gün Azərbaycan və Rusiya arasında ikitrərəfli münasibətlərin keyfiyyətcə yeni xarakter kəsb etməsi və strateji tərəfdaşlıq səviyyəsinə çatdığı qeyd olunub.

Dövlət başçısı təbrik məktubunda birgə səylərin iki ölkə və xalqın tərəqqisi və regionda sülh, sabitlik və inkişaf naminə yönələcəyinə və dövlətlər arasında münasibətlərin bundan sonra da dinamik və yüksələn xətt üzrə inkişafına, Azərbaycanla Rusiya arasında çoxplanlı qarşılıqlı faydalı əlaqələrin möhkəmlənəcəyinə və genişlənəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti