...

Azərbaycan prezidenti "Məhkəmələr və hakimlər haqqında" qanununda dəyişikliklərin edilməsi ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 6 Mart 2008 23:26 (UTC +04:00)

Prezident İlham Əliyev martın 6-da "Məhkəmələr və hakimlər haqqında" Qanununda dəyişiklik edilməsi barədə" qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə sərəncam imzalayıb.

Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanununa uyğunlaşdırılması barədə təkliflər hazırlayaraq Azərbaycan prezidentinə təqdim etsin. Eyni zamanda Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan prezidentinə məlumat versin, öz səlahiyyətləri daxilində "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunundan irəli gələn digər məsələləri həll etsin.

Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti