...

Azərbaycan prezidenti bir neçə fərman və sərəncam imzalayıb

Siyasət Materials 12 Mart 2008 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü "Dövlət qulluğu haqqında" Qanuna əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli Qanununun tətbiq edilməsinə dair sərəncam imzalayıb.

Sərəncama görə, Nazirlər Kabinetinə tapşırılır ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Dövlət qulluğu haqqında" Qanuna əlavələr edilməsi barədə" Qanununa uyğunlaşdırılması barədə təkliflərini prezidentinə təqdim etsin.

Prezident Əliyev həmçinin "Dövlət qulluğu haqqında" Qanuna əlavələr edilməsi barədə" 2007-ci il 10 aprel tarixli Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında" Qanunun tətbiqinə dair sərəncam verib.

Prezident həmçinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik edilməsi haqqında" 2007-ci il 25 dekabr tarixli Qanunun tətbiq edilməsi məqsədi ilə fərman verib.

Azərbaycan prezidenti "Torpaq islahatı haqqında" Qanuna və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna əlavələr və dəyişiklik edilməsi barədə" Qanunun tətbiqi məqsədi ilə fərman imzalayıb.

Prezident Əliyev "Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə"nin və "Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi"nin təsdiq olunması barədə" Qanunun tətbiq edilməsi məqsədi ilə fərman verib.

Xəbər lenti

Xəbər lenti