...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Siyasət Materials 13 Mart 2008 10:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 12-də saat 20.05\-dən 20.35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, martın 13-də saat 02.00-dan 02.30-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti