...

Müxalifət partiyası prezident seçkisində sonadək iştirak edəcək – partiyanın sədri

Siyasət Materials 14 Mart 2008 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir S.İlhamqızı/ Müxalifətçi Klassik Xalq Cəbhəsi Partiyası prezident seçkisində öz namizədini irəli sürəcəyi təqdirdə seçkidə sonadək iştirak edəcək.

"Biz sadəcə qərar qəbul etmək xatirinə qərar çıxarmırıq. Əgər partiyanın namizədi irəli sürülsə, sonadək mübarizəmizi aparacağıq" - deyə KXCP-nin sədri Mirmahmud Mirəlioğlu Trend a açıqlamasında bildirib.

Partiya bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkisində iştirak etmək barədə ötən ilin dekabrında qərar çıxarıb.

Mirəlioğlunun sözlərinə görə, KXCP Ali Məclisinin növbəti sessiyasında

partiyanın prezidentliyə namizədi irəli sürüləcək.

O əlavə edib ki, prezident seçkisində iştirak edəcək bütün namizədlərin komandası formalaşacaq, ona görə də KXCP-nin namizədinə başqa siyasi partiyalar tərəfindən də dəstək veriləcək. Əsasən, KXCP-nin təmsil olunduğu Demokratiya Uğrunda İttifaqa üzv partiyaların (Azadlıq və Milli Demokratiya partiyaları) dəstək verməsi nəzərdə tutulur.

Mirəlioğlu bildirib ki, KXCP-nin təmsil olunduğu Demokratik Seçki Mərkəzi isə onu dəstəkləyən seçki blokuna çevrilməyəcək. Çünki DSM-də təmsil olunan partiyaların bir neçəsi prezident seçkisində öz namizədi ilə iştiraka qərar verib: "DSM-də bir neçə namizəd var və bu qurumun vahid namizəd müəyyənləşdirməsi gözlənilmir. Biz DSM-i seçki qurumu kimi saxlayaraq, bütün seçkilər dövründə əməkdaşlıq qurumu kimi fəaliyyət göstərməsinə çalışacağıq" - deyə Mirəlioğlu bildirib.

KXCP Ali Məclisinin sədri Zəlimxan Məmmədli Trend a açıqlamasında bildirib ki, partiyanın prezidentliyə namizədi Mirmahmud Mirəlioğlu olacaq.

Xəbər lenti

Xəbər lenti