...

Cənubi azərbaycanlılar Londonda dinc aksiya keçirib

Siyasət Materials 24 Mart 2008 16:07 (UTC +04:00)

Böyük Britaniya, London, / Trend müxbir G. Əhmədova/ London şəhərində, BBC binası (Bush House) qarşısında Londonda yaşayan cənubi azərbaycanlılar mitinq keçirib. Mitinq iştirakçılarının əsas tələbi hazırda Yezz əyalətinin həbsxanalarından birində saxlanılan, milli hərakatın tanınmış aktivisti Abbas Lisaninin azad olunması olub.

Londonda soyuq hava şəraitinə baxmayaraq, aksiyanın keçirilməsi üçün Böyük Britaniyada yaşayan 40 nəfər cənubi azərbaycanlı toplaşıb.

Piketin təşkilatçısı doktor Sahanda Baqmişenin sözlərinə görə, dinc nümayişin keçirilməsində əsas məqsəd Lisaninin azadlığı və onun hüquqlarının qorunmasıdır.

Mitinqçilər əllərində " 30 milyon Azərbaycan türkləri İran rejiminin represiyasına məruz qalıb!", " Azərbaycan türkcəsi Cənubi Azərbaycanda rəsmi dil olmalıdır!", "Vicdjan məhkumlarına qarşı işgəncələri dayandırın!" sözləri yazılmış plakatlar tutub.

Cənubi Azərbaycanlıların Assosasiyası da həmçinin Londondakı dinc aksiyanın təşkilatçısı qismində çıxış edib.

Aksiya 2 saat ərzində davam edib. Aksiya zamanı Cənubi Azərbaycanlılar Assosasiyası tərəfindən yoldan ötənlərə Abbas Lisaninin həbsi və cənubi azərbaycanlıların İrandakı vəziyyəti haqqında ingilis dilində vərəqələr paylanıb.

Abbas Lisani artıq 15 aydır ki, Ərdəbil həbsxanasında saxlanılır.

Xəbər lenti

Xəbər lenti