...

AKP-nin bağlanması Türkiyədə siyasi böhran yarada bilər- AKP-nin sədr müavini

Siyasət Materials 2 Aprel 2008 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir R.Hafizoğlu / Hakim Ədalət və İnkişaf Partiyası (AKP) hesab edir ki, partiyanın fəaliyyətinin dondurulması Türkiyəni yeni siyasi böhrana sürükləyəcək, halbuki, ekspertlər buna əmin deyillər. "AKP-nin bağlanması Türkiyəni siyasi böhran və gərginliyə sürükləyəcək"-deyə, partiayının sədr müavini Dengir Mir Mehmet Fırat Trend a bildirib.

Türkiyənin Konstitusiya Məhkəməsi hakim "AKP"-nin fəaliyyətinin dayandırılması üçün məsələni martın 31- də icraata görürüb. Mənkəmə Türkiyədəki Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) AKP ni islamyönlü siyasət yürütməkdə və Konstitusiyaya zidd fəaliyyətdə ittiham edərək, onun bağlanılması tələbindən sonra bu qərarı qəbul edib.

"AKP hakimiyyətə saxta seçkilərlə deyil, demokratik yolla gəlib və partiyanın bağlanılması millətin səsinin boğulması kimi qiymətləndirilməlidir"-deyə, Fırat çərşənbə günü Ankaradan telefonla bildirirb. O hesab edir ki, hakim partiyanın bağlanılması ilə əlaqədar irəli sürülən iddiaların heç biri reallığı əks etdirmir.

"AKP əleyhinə irəli sürülən ittihamlar partiya rəsmilərinin dilindən söylənilən deyil, müxtəlif qəzetlərdən toplanılan iddialardır"-deyə, o vurğulayıb. Onun fikrincə, partiyanın bağlanmaması üçün Konstitusiyada dəyişikliyin ediləcəyi hələ bəlli deyil. "Bazar ertəsi keçiriləcək iclasdan sonra partiyanın bağlanmaması üçün Konstitusiyaya dəyişiklikərin edilib - edilməyəcəyi barədə bir söz söyləmək mümkün olacaq"-deyə, Fırat bildirib.

"AKP - türk xalqının seçimidir və bizə olan hər cür təzyiq xalqa olan təzyiq deməkdir"-deyə, o əlavə edib.

Türkiyəli politoloq Akif Əmrə isə, hesab edir ki, hakim partiyanın bağlanılması ölkədə qısamüddətli siyasi böhrana səbəb ola bilsə də, uzunmüddətli siyasi gərginlik olmayacaq. "AKP - nın fəaliyyətinə xitam verilməsi ölkədə siyasi gərginlik və böhranla nəticələnməyə bilər. Partiya əleyhinə sürülən iddiaların heç biri həqiqəti əks etdirmir" - deyə, Türkiyənın "Dünyabülteni " İnformasiya Agentliyinin direktoru Əmrə çərşənbə günü İstanbuldan elektron poçtla Trend - a bildirib.

O hesab edir ki, baş verən son hadisələr Mustafa Kamal Atatürkün "davamçıları" ilə həqiqi demokratlar arasında olan mübarizədir. "AKP-nin bağlanması ilə işin məhkəməyə verilməsinin arxasında, əsasən, bu partiyanın ölkədəki təhsil müəssisələrində baş örtüyünə olan qadağanın aradan qaldırması səbəb olub "-deyə, Əmrə qeyd edib.

Ekspertin fikrincə, müxalifət partiyalarının AKP-nin İslamyönlü olmasına dair ittihamları sağlam məntiqə ziddir. "Zənnimcə, Konstitusiya Məhkəməsi AKP-nin fəaliyyətinə xitam verməyəcək"-deyə, o əlavə edib. O hesab edir ki, AKP əleyhinə olan iddialar bu partiyanın nüfuzunu daha da gücləndirəcək.

Türkiyəli hüqüq müdafiəçisi Fatma Benli isə, hesab edir ki, müxalifət partiyalarının AKP haqqında iddiaları nə qədər əsassız olsa da, məhkəmə AKP- nin fəaliyyətinə xitam verə bilər. "Mən hesab edirəm ki, AKP -nin bağlanılması ölkədə siyasi gərginliyə səbəb ola bilsə də, hökümətin bu kimi problemlərin həll etmə təcrübəsi mövcüddur" -deyə o qeyd edib.

Benli hesab edir ki, məhkəmənin AKP əleyhinə olan iddiaların partiyanın bütün üzvlərinə şamil edərək fəaliyyətinə xitam verilməsi qeyri qanunidir. " AKP-nin hər hansı bir üzvü Atatürk və Milli dəyərlərə sadiq olmaya bilər. Bu, bütün partiyanın mövqeyini əks etdirmir"-deyə, Benli vurğulayıb.

Hüqüq müdafiəçisi hesab edir ki, AKP əleyhinə iddialar partiyanın siyasi nüfuzuna xələl gətirsə də, onun xalq arasında mövqeyinin güclənməsinə səbəb ola bilər. "Türkiyədə isə, hakimiyyət, qeydsiz- şərtsiz, millətindir"-deyə, politoloq qeyd edib.

Türkiyə mətbuatının verdiyi məlumata görə, MHP (Milliyyətçi Hərəkat Partiyası) lideri Devlet Bahçeli AKP-nin bağlanmasınının Türkiyədə böyük bir siyasi gərginliyə səbəb olacağını bildirib.

Avropa Komissiyının nümayəndəsi Kristina Naqi AKP-nın əleyhinə sürülən iddiaların ədalətli olmadığını bildirərək, ciddi hüqüq pozuntusu olacağı təqdirdə, Brüsselin Türkiyə ilə əlaqələrinə yenidən baxacağını bildirirb.

Konstitusiya Məhkəməsi AKP- yə öz fəaliyyətinin doğrultmaq üçün bir ay vaxt verib.

Məqalənin müəllifi ilə trend ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti

Xəbər lenti