...

Azərbaycanda 29 adda silahın istehsalına başlanılıb

Siyasət Materials 15 Aprel 2008 11:30 (UTC +04:00)
Azərbaycanda 29 adda silahın istehsalına başlanılıb

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın tarixində ilk dəfə olaraq Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 29 adda silahın, onların ehtiyat hissələrinin və döyüş sursatlarının seriya ilə istehsalına başlanılıb. Bu barədə aprelin 14-də Azərbaycan prezidentinin birinci rübün yekunlarına dair Nazirlər Kabinetində keçirdiyi iclasında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Müdafiə Sənayesi Nazirliyi 2006-cı ildən fəaliyyətə başlayıb.

Nazirliyin müəssisələrinin 2008-2011-ci illər üzrə hazırlanmış bərpa proqramlarında 53 obyektin yenidən qurulması nəzərdə tutulub. Bununla bərabər, Dövlət Müdafiə Sifarişi Proqramının icrasını təmin etmək üçün müvafiq Əsasnamə layihəsi hazırlanıb və onun əsasında 10 illik Dövlət proqramı tərtib edilib.

Camalov deyib ki, nazirlik yarandığı dövrlə müqayisədə müdafiə təyinatlı məmulatın istehsal həcmi 4 dəfə artıb.

Nazirlik fəaliyyətə başladığı dövrdən 212 adda müdafiə təyinatlı məmulatın istehsalı, 32 adda müdafiə təyinatlı məmulatın yaradılması üçün təcrübi-konstruktor işlərinin aparılması, 175 adda isə mülki təyinatlı məmulatın istehsalı həyata keçirilib.

Nazirin sözlərinə görə, 2007-ci ildə müdafiə, xüsusi və mülki təyinatlı məmulatın istehsal həcmində 54,8 faiz artım əldə edilib. Məhsulların çeşidi 280-nə çatıb. Camalov deyib ki, bu il 80 adda müdafiə təyinatlı məmulatın yaradılması, 444 adda məmulatın isə istehsalı nəzərdə tutulub.

İl ərzində müdafiə, xüsusi və mülki təyinatlı məmulatın istehsalı 42 faiz artımla nəzərdə tutulub.

Cari ilin I rübündə məhsul istehsalının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz artıb. Yanvar-mart aylarında istehsal olunmuş məhsulların çeşidi ötən ilin müvafiq dövrü ilə müqayisədə 51 növ artaraq 213-ə çatdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti