...

Azərbaycanda hakimlərin səviyyəsinin qaldırılması üçün köklü islahatlar aparılacaq - AFFA-nın Hakimlər Komitəsinin yeni sədri

Siyasət Materials 15 Aprel 2008 12:23 (UTC +04:00)
Azərbaycanda hakimlərin səviyyəsinin qaldırılması üçün köklü islahatlar aparılacaq - AFFA-nın Hakimlər Komitəsinin yeni sədri

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir E.Hüseynli/ Azərbaycan Futbol Federasiyalar Assosiasiyasının (AFFA) Hakimlər Komitəsinə yeni təyin olunan sədr hakimlik sahəsində köklü islahatlar aparacaq. "Azərbaycanın futbol üzrə Premyer Liqasında oyunları idarə edən hakimlərin səviyyəsi aşağıdır" çərşənbə axşamı Trend a AFFA-nın Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov bildirib.

AFFA-nın prezidenti Rövnəq Abdullayevin əmri ilə Məmmədov dünən qurumun Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunub.

Məmmədovdan öncə Murad Məmmədov 2007-ci ilin yay aylarından AFFA-nın Hakimlər Komitəsinin sədri vəzifəsində işləyib.

Məmmədov 1989-cu ildən 2006-cı ilə qədər AFFA-nın hakimi olub.

Məmmədov deyib ki, oyunları idarə edən hakimlərin səviyyəsinin qaldırılması üçün köklü islahatlar aparılacaq. Onun sözlərinə görə, yerli hakimlərin səviyyəsini qaldırmaq üçün Premyer Liqanın oyunlarına tez-tez əcnəbi hakimlər dəvət olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti