...

Naxçıvanda Şahbuz-Babək Seçki Dairəsi üçün inzibati bina istifadəyə verilib

Siyasət Materials 22 Aprel 2008 00:04 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 21 aprel/ Trend müxbir E.Məmmədov/ Naxçıvan MR-da Şahbuz-Babək Seçki Dairəsi üçün inzibati bina istifadəyə verilib.

İki mərtəbədən ibarət olan binada iş otaqları ilə yanaşı arxiv, kitabxana deputat köməkçisi, müşahidəçilər üçün otaqlar və 105 yerlik iclas zalı fəaliyyə göstərəcək.

Naxçıvan MR-nın Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov sözlərinə görə, 5 saylı Şahbuz-Babək Seçki Dairəsi 35 seçki məntəqəsini özündə birləşdirir.

M.Qasımov onu da qeyd edib ki, dəqiqləşmiş və təsdiq olunmuş vahid seçki siyahısına görə 5 saylı Şahbuz-Babək Seçki Dairəsi üzrə 24636 nəfər seçici var və onlardan 500 nəfərə yaxın vətəndaş ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

Xəbər lenti

Xəbər lenti