...

Prezident İlham Əliyev CAR prezidentini ölkənin milli bayramı münasibətilə təbrik edib

Siyasət Materials 26 Aprel 2008 21:57 (UTC +04:00)

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının prezidenti Tabo Mbekiyə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.

"Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq istiqamətində inkişaf edəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və tərəqqi arzulayıram" - deyə məktubda bildirilir.

Xəbər lenti

Xəbər lenti