...

Azərbaycan prezidenti  "Dövlət vergi orqanlarında xidmət haqqında" əsasnamənin təsdiq edilməsi ilə bağlı fərman imzalayıb

Siyasət Materials 9 May 2008 21:58 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev  "Dövlət qulluğu haqqında" qanuna əlavələr edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanının 6-cı bəndi ilə təsdiq edilmiş "Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı, vəzifəli şəxslərinin geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

Habelə "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanına əlavə və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 fevral tarixli 195 nömrəli Fərmanının 1.3-cü bəndi qüvvədən düşmüş hesab edilsin.

Fərman imzalandığı gündən qüvvəyə minir.



Xəbər lenti

Xəbər lenti