...

Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Siyasət Materials 13 May 2008 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may / Trend / Mayın 14-də saat 11:00-dan 12:30-dək, Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında deyilir.

Notların dövlət qeydiyyat №-si - 50101919S, emissiyaların həcmi 50 000 000 AZN, hərraca çıxarılan həcm - 35 000 000 AZN, bir notun nominalı - 200 AZN, tədavül müddəti 28 gündür.

Hərrac zamanı, Notlar buraxılışının 20%-dən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Ödəmə tarixi - 11 iyun.

Xəbər lenti

Xəbər lenti