Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir E.Babayev/ Azərbaycanda qəsdən adam öldürmədə iştirakçı olma maddəsi ilə axtarışda olan Eduard Əsədov Rusiyada tutulub. Bu barədə cümə günü Trend -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Trend -un arayışı: Bu ilin birinci rübündə Azərbaycanda axtarışda olan təqsirləndirilən şəxslərin 793-ü, o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 101 nəfər tutulub, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 652 şəxsdən 285-nin yeri müəyyən edilib.
Məlumata görə, paytaxtın Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanın Cinayət Məcəlləsinin qəsdən adam öldürmədə iştirakçı olma maddəsi ilə (31.29.120-ci m.) axtarışda olan Əsədov Rusiya Federasiyasının Rostov şəhərində tutulub. Onun Azərbaycana ekstradisiya olunması üçün tədbirlər görülür.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]