Azərbaycan, Bakı, 18 iyun/ Trend / Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Devid Smitin rəhbərliyi ilə Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunu qəbul edib.Bu barədə XİN mətbuat xidməti məlumat verib.
Görüşdə tərəflər üçün qarşılıqlı maraq doğuran bir sıra məsələlərə toxunulub, o cümlədən enerji sahəsində təcrübə və texnologiya mübadiləsi, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, təhsil və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.