...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Siyasət Materials 30 İyun 2008 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri 29 iyun saat 13:00-dan 13:21-dək və 30 iyun 01:30-dan 01:45-dək Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, Xocavənd rayonunun ərazisində yerləşən adsız yüksəkliklərdən, 15:00-dan 15:20-dək, 05:15-dən 05:35-dək Tərtər rayonunun Göyarx və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərindən, 05:30-dan 05:47-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Cavab atəşilə düşmən susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti