...

Baş nazir Ərdoğan Türkiyə mətbuatını terrorçulardan yazmamağa çağırıb

Siyasət Materials 28 İyul 2008 18:03 (UTC +04:00)
Baş nazir Ərdoğan Türkiyə mətbuatını terrorçulardan yazmamağa çağırıb

Azərbaycan, Bakı, 28 iyul/ Trend / Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan bazar ertəsi ölkə mətbuatını terrorizmin istənilən təbliği və ya reklamından imtina etməyə çağırıb. Bu barədə CNN Turk məlumat verib.

"Türkiyə, bir çox dünya dövlətləri kimi, artıq 35 il ərzində terrorizmlə fasiləsiz mübarizə aparır. Bu məsələdə siyasət axtarmaq lazım deyil. Qan və cəsədlər arasında siyasət yoxdur və ola da bilməz", - bazar günü axşam iki partlayışın baş verdiyi İstanbuldakı terror aktı yerinə gələn Ərdoğan söyləyib.

Terror aktı nəticəsində 17 nəfər həlak olub, daha 155 nəfər yaralanıb. İstanbulun qubernatoru Məhəmməd Gülər partlayışların terror aktı olduğuna əminliyini bildirib,- CNN Turk xəbər verir.

"KİV özü də bilmədən terrorizmin təbliği siyasətini aparır və bununla terrorçulara diqqət mərkəzində olmaq imkanı verir. Bununla əlaqədar mən mətbuatı terrorizm haqqında hər hansı bir yazı dərc etməyi dayandırmağa çağırıram", - Ərdoğan söyləyib.

Baş nazir bəyan edib ki, bu terror aktı siyasi xarakter daşımır.

Müşahidəçilərin rəyinə görə, terror aktının səbəblərindən biri iyulun 28- də hakim Konstitusiya Məhkəməsində Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı ittihamların nəzərdən keçirilməsi ola bilər.

"Türkiyənin bütün hərbi gücünə və qüvvəsinə baxmayaraq, biz terrorizmlə mübarizədə daha ayıq və ehtiyatlı olmalıyıq. İraqın şimalındakı hərbi əməliyyatlar bundan sonra da davam edəcək;bizə əsas təhlükə məhz oradan gəlir", - Ərdoğan bəyan edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti