...

Azərbaycan Daxili İşlər Nazirliyi Rusiya ilə sərhəddə keçirdiyi əməliyyatlara aydınlıq gətirib

Siyasət Materials 3 Sentyabr 2008 20:19 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyi Rusiya ilə sərhəddə keçirdiyi əməliyyatlara aydınlıq gətirib

Azərbaycan, Bakı, 03 sentyabr / Trend müxbir E.Hüseynli/ Azərbaycan Daxili İşlər Nazirliyi Rusiya ilə sərhəddə Daxili Qoşunların keçirdiyi əməliyyatlarla bağlı rəsmi məlumat yayıb. DİN-in mətbuat xidmətindən çərşənbə günü Trend -a daxil olan məlumatda bildirilib ki, 2007-ci ildə Qusar rayonunda polis əməkdaşını qətlə yetirdiyinə görə axtarılan həmin rayonun sakini Telman Abdullayevin, həmçinin, Rusiyanın Şimali Qafqaz regionunda, Dağıstan və Çeçenistan respublikalarında törədilmiş terror aktlarında təqsirləndirilərək axtarışa elan edilmiş Zaqatala rayon sakini İlqar Mollaçıyevin Qusarın meşə massivində gizlənmələri ilə əlaqədar polis əməkdaşlarının və Daxili Qoşun hərbi qulluqçularının iştirakı ilə xüsusi əməliyyat hazırlanıb həyata keçirilib.

Avqustun 29-da meşə massivində daranma əməliyyatı aparan polis əməkdaşları və hərbi qulluqçular ilə cinayətkar qrup arasında silahlı toqquşma baş verib və bu zaman Daxili Qoşunların çavuşu Əli Yolçuyev həlak olub.

Avqustun 30 -da davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində, rayonun meşə massivində şübhəli şəxs qismində iki xarici ölkə vətəndaşı saxlanılıb. Müəyyən edilib ki, onlar Rusiya, Gürcüstan və Azərbaycanın dövlət sərhədlərini dəfələrlə qanunsuz olaraq keçib və Şimali Qafqazdakı terrorçu qruplaşmalarla yaxın əlaqələrə malikdirlər. Hazırda onların ətrafında prosessual araşdırmalar aparılır.

Bununla bağlı əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti