...

Ukraynanın Baş naziri Timoşenko Baş prokurorluqdan çağırış vərəqəsi aldığını bəyan edib

Siyasət Materials 8 Sentyabr 2008 16:05 (UTC +04:00)

Ukrayna, Kiyev, 08 sentyabr/ Trend , müxbir Z.Novosvitski/ Ukraynanın Baş naziri Yuliya Timoşenko bəyan edib ki, Baş prokurorluqdan sentyabrın 11-nə çağırış vərəqəsi alıb. O, bu barədə bazar ertəsi regional və mərkəzi KİV üçün Kiyevdə keçirilin mətbuat konfransında bildirib.

Əvvəllər prezident Yuşşenkonun Katibliyinin nümayəndələri Timoşenkonu milli xəyanətdə ittiham edərək, onu müvafiq materialların Ukrayna Təhlükəsizlik Xidmətinə göndərildiyi barədə xəbərdar ediblər.

"Artıq neçə aydır ki, məni gündə 24 saat izləyirlər. Bu gün bütün bunu təsdiqləyən çox sayda faktım var. Mənim heç bir toxunulmazlıq hüququm yoxdur. Sentyabrın 11-nə Baş prokurorluğa çağırış vərəqəsi almışam.", - Timoşenko əlavə edib.

Timoşenkonun sözlərinə görə, onun Baş nazirə qarşı cinayət işinin qaldırılması üçün Baş prokurorun müavinlərinə təzyiq göstərilməsi barədə məlumatı var. "Bu gün praktiki olaraq, Baş prokurorun müavinlərinə təzyiq göstərilir və onlara Baş nazirə qarşı cinayət işi qaldırdıqları halda, prezidentin Baş prokuror vəzifəsinə onların namizədliyini irəli sürəcəyi barədə vədlər verilir", - Timoşenko vurğulayıb.

Hökumət başçısı hesab edir ki, belə əssasız ittihamlar istənilən digər siyasətçinin koalisiyadan çıxmasının səbəbi ola bilər. O vurğulayıb ki, demokratik koalisiyaya sadiqdir. Timoşenko Kremllə əməkdaşlıq etməsinə dair ittihamları da rədd edib.

"Demokratik koalisiyada olmuşam, varam və prezident onu dağıtmasa, olacağam. Moskvanın əli də burada bir rol oynamır. Moskva demokratik koalisiyadan çıxmayıb və Kreml Baş nazirin milli xəyanəti haqqında cinayət işi qaldırmır. Bunu şəxsən prezident Yuşşenko edir. Qoy öz komandasını geriyə çəksin və növbəti prezident seçkisində rəqabət əsasında münaqişələr yaratmayıb, normal işləsin", - Timoşenko bəyan edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti