...

Gürcüstan-NATO Komissiyasının yaradılması haqqında saziş imzalanıb

Siyasət Materials 15 Sentyabr 2008 19:54 (UTC +04:00)
Gürcüstan-NATO Komissiyasının yaradılması haqqında saziş imzalanıb

Gürcüstan, Tbilisi, 15 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Baş naziri Vladimir Qurgenidze və NATO -nun Baş katibi Yaap de Hoop Sxeffer Gürcüstan-NATO komissiyasının yaradılması haqqında saziş imzalayıblar. Bu komisssiya Gürcüstanın NATO -ya tezliklə daxil olması məqsədilə ölkə və Şimali Atlantika Alyansı arasında münasibətlərin möhkəmlənməsinə yardım etməlidir.

"Bu gün Gürcüstan və Alyansın münasibətlərində mühüm hadisə baş verib; biz Gürcüstan -NATO komissiyasının yaradılması haqqında çərçivə sazişi imzalamışıq. Bu, ölkənin Alyansa daxil olmasına yardım edəcək", - Sxeffer bildirib. O, dekabrda, NATO - ya üzv dövlətlərin xarici işlər nazirləri Şurasında Tbilisiyə "Alyansa Üzvlük üzrə Fəaliyyət Planının veriləcəyinə" ümid etdiyini bildirib. "Bu, Gürcüstandakı demokratik proseslərin dönməz olduğunu göstərəcək", - NATO - nun Baş katibi bildirib.

Öz növbəsində, Qurgenidze vurğulayıb ki, Tbilisi üçün bu komissiyanın yaradılması "NATO -nun dəstək və həmrəyliyinə əhəmiyyətli işarədir". "Bizim demokratik ideallara doğru səylərimiz dönməzdir və ümid edirik ki, səylərimizin ən yüksək zirvəsi NATO -ya üzvlük olacaq", - o bildirib.

Xəbər lenti

Xəbər lenti