...

Azərbaycan prezidenti seçkilərinin tam azad və demokratik keçirilməsi üçün bütün işlər görülüb - nümayəndə heyətinin rəhbəri

Siyasət Materials 16 Sentyabr 2008 21:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan prezidenti seçkilərinin azad və demokratik keçirilməsi üçün bütün işlər görülüb. Azərbaycan Avropa Şurası qarşısında öz üzərinə götürdüyü bütün ohdəlikləri yerinə yetirib. Bu barədə Azərbaycan parlamentinin beynəlxalq münasibətlər və parlamentlər arası əlaqələr daimi komissiyasının sədri, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çərşənbə axşamı AŞPA-nın müşahidə missiyasının rəhbəri Andres Herkellə görüşündə bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək.

Seyidov qeyd edib ki, bəzi öhdəliklərin yerinə yetirilməsi üçün uzun zaman tələb olunur və bu məsələlər vaxtı çatanda öz həllini tapacaq. "Demokratik seçkilərin keçirilməsi də bunlardan biridir. Azərbaycan demokratik seçkilər keçirməyə tam hazırdır. Tam əminliklə deyə bilərəm ki, seçkilər azad, şəffaf və demokratik keçiriləcək", - deyə nümayəndə heyətinin rəhbəri qeyd edib.

AŞPA müşahidə missiyasının rəhbəri Andres Herkel qeyd edib ki, müxaliətin bir hissəsinin qatılmadığı seçkidə rəqabətin olması onlarda şübhə doğurur. Seyidov buna cavab olaraq bildirib ki, bütün namizədlərə rəqabət üçün bərabər şərait yaradılıb, amma öz güclərinə arxayın olmayanlar bu seçkilərdə iştirak etməkdən qorxurlar: "Bu isə, bərabər şərait yaradılmaması demək deyil".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti