...

İran müqavimət göstərir və nüvə proqramının hərbi aspektlərinə aydınlıq gətirmir - ABŞ -ın MAQATE - dəki səfiri

Siyasət Materials 23 Sentyabr 2008 10:33 (UTC +04:00)
İran müqavimət göstərir və  nüvə proqramının hərbi aspektlərinə aydınlıq gətirmir - ABŞ -ın MAQATE - dəki səfiri

Bakı, Azərbaycan, 22 sentyabr / Trend , müxbir D.İbrahimova/ ABŞ - ın Beynəlxalq Atom Enerjisi Agentliyüindəki (MAQATE) səfiri Qreqori Şulte (Gregory Schulte) ilə müsahibə

- İran nümayəndələri bildiriblər ki, MAQATE - nin son məruzəsinin əsli onlara təqdim olunmayıb. Nə üçün uranın zənginləşdirilməsi üzrə proqramın dinc xarakterli olmasına şübhə yaradan sənədlər İran tərəfinə göstərilməyib? Yoxsa rəsmi İranın ittihamları əsassızdır?

- Əslində, MAQATE bu sənədləri İrana göstərib və bu mövzuya aydınlıq gətirmək imkanı da yaradıb. Lakin İran bunu bacarmayıb.

MAQATE direktorunun məruzəsi İranın gətirdiyi sübutların kifayət qədər inandırıcı olmadığını göstərir. Həm may, həm də sonuncu məruzədə qeyd olunub ki, MAQATE - nin proqramın hərbi aspektlər üzrə işlənməsi ehtimallarına dair suallarına inandırıcı cavab vermədən və əlavə protokol təyin edilmədən, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranda qeydiyyatdan keçməyən nüvə obyektləri və materiallarının olmamasına zəmanət verə bilməz. Biz MAQATE - nin İnanın müqavimət göstərməsi və öz nüvə proqramının hərbi aspektlərinə aydınlıq gətirməməsi ilə bağlı fikri ilə razıyıq.

- Əvvəllər MAQATE - nin son sənədlərinin 10 ölkə tərəfindən hazırlandığı bildirilirdi. Agentlik üzvləri bu məruzədən nə dərəcədə razı qalıblar və İran onun yalan olduğunu sübut etmək üçün hansı dəlilləri gətirə bilər?

- MAQATE idarə heyətinin üzvlərinə və İrana "İranın nüvə proqramının mümkün hərbi aspektləri" barədə inandırıcı məlumat təqdim edib. Bura Şahab - 3 üçün döyüş başlıqlarının, yəni nüvə elementlərinə malik ola bilən orta mənzilli ballistik raketlərin hazırlanması üzrə işlər də daxildir.

İranın fəaliyyətinə dair adı çəkilən informasıyanın cavabında, bu ölkənin rəsmi şəxsləri, sənədlərin yalan olduğunu sübut etmək əvəzinə, informasiyaların forma və formatına irad tutublar. İran öz iddialarının surətini MAQATE və üzv dövlətlərə təqdim edib. Biz və digər üzv dövlətlər İranın MAQATE - nin əsas suallarına cavab verməməsindən təşvişə düşdük. Agentlik idarə heyətinin üzvlərinə məlumat verib ki, İranın nüvə proqramının mümkün hərbi aspektlərinə dair sənədlərdə yer alan informasiyalar İrandan aydın izahın alınması üçün kifayət qədər tam və ətraflıdır. İran bu informasiyanı ciddi qəbul etməli idi, lakin son məruzədə bunun baş vermədiyi məlum oldu.

- May ayında elan olunan məruzə sonuncudan daha nikbin idi. Bu əndişəli və bədbin hesabatın dərc edilməsinin səbəbi nə idi?

- Həm may, həm son məruzə, məlum səbəblərdən, İrana qarşı olduqca sərt olub. Son hesabat İranın nüvə proqramını hərbi məqsədlə inkişaf etdirməsini təsdiq edən bir çox faktları özündə cəmləşdirib. Baş direktorun müavini Heynonen bu informasiyanın məntiqə uyğun olduğunu və faktlara əsaslandığını bildirib.

Son məruzə aydın şəkildə göstərir ki, İran MAQATE - nin nüvə proqramının mahiyyəti barədə suallarına cavab vermək istəmir. O təsdiq edir ki, İran hələ də BMT Təhlükəsizlik Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri yetrinə yetirməkdən ї uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətini dayandırmaqdan boyun qaçırır. İranın BMT - nin qiymətləndirməsi üzrə bütün dünya üçün təhlükə yaradan proqramı davam etdirməsi faktı, əlbəttə, təşviş yaradır. Bu bizim hamımızı narahat edir.

- Hazırda ABŞ Hindistanla əməkdaşlıq edir. Lakin 1970 - ci ildə Hindistan nüvə silahının hazırlanmasında ittiham olunurdu və bu ölkəyə qarşı da sanksiyalar tətbiq edilmişdi. Bu amil İranı nüvə proqramının bundan sonra da inkişaf etdirməyə sövq edə bilərmi?

- Hindistan ilə sövdələşmə öz - özlüyündə yeganə və təkrarolunmazdır və Hindistandakı nadir vəziyyəti əks etdirir. Bu ölkə atom silahının yayılmamasına dair Konvensiyaya qoşulub və dinc yaşamaq istəyir. O, 1970 - ci ildə - nüvə proqramını inkişaf etdirdiyi bir vaxtda bu Konvensiyaya qoşula bilməzdi. Hindistan demokratiya və sülh dövlətidir. Bu ölkənin nüvə silahının ilk olaraq tətbiq edilməməsinə dair doktrinası var. Hindistanın strateji gücü olduqca böyükdür, lakin bu ölkənin rəsmi şəxsləri bildirirlər: "Xarici ekspertlər daimi əsasda bizim nüvə sənayemizin inkişaf səviyyəsini tədqiq edə bilərlər". Hindistan nüvə silahının yayılmamasına dair öz üzərinə daha çox öhdəlik götürür ki, bu da dünya ictimaiyyəti üçün çox faydalıdır.

İran isə, əksinə, beynəlxalq təşkilatların yoxlamalarından qaçmağa cəhd göstərir, İranın Hindistandan ən böyük fərqi məhz bundan ibarətdir. İran MAQATE - yə "Bizim dövlətin ərazilərindən rədd olun, bizə əlavə protokol lazım deyil. Biz BMT və MAQATE tərəfindən qoyulan bütün qadağaların aradan qaldırılması üçün hüquqlarımızı müdafiə edirik " - deyən ölkədir.

İran qeyri - səmimidir. Buna baxmayaraq, ABŞ, Rusiya, Çin və Avropa İttifaqı İranın qarşılıqlı etibarlı münasibətlərin qurulması istiqamətində tədbirlər görəcəyi təqdirdə, qadağaların tətbiq edilməsini dayandırmaq, dinc nüvə enerjisi sahəsində əməkdaşlıq etmək, regional problemləri birgə həll etmək təklifini irəli sürdülər. İran dinc məqsədlər üçün nəzərdə tutulamayan uranın zənginləşdirilməsini dayandırmalı idi; bu fəaliyyət BMT Təhlükəsizlik Şurasının Nizamnaməsini pozur.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti