...

Rusiya ordusu yalnız Gürcüstanın deyil, həm də Avropa sərhədlərini pozub - AŞPA-nın Gürcüstan üzrə həmməruzəçisi

Siyasət Materials 3 Oktyabr 2008 08:34 (UTC +04:00)
Rusiya ordusu yalnız Gürcüstanın deyil, həm də Avropa sərhədlərini pozub - AŞPA-nın Gürcüstan üzrə həmməruzəçisi

Fransa, Strasburq , 03 oktyabr/ Trend , müxbir A. Məhərrəmli/ Rusiya ordusu yalnız Gürcüstanın deyil, həm də Avropa sərhədlərini pozub. Bunu AŞPA-nın Gürcüstan üzrə həmməruzəçisi Kastriot İslami gürcü-osetin münaqişəsi ilə bağlı aparılan müzakirələrə dair  Trend -a verdiyi müsahibəsində bildirib.   

Kastriot İslami Avropa Şurası Parlament Assambleyasının (AŞPA) gürçü-osetin münaqişəsi ilə bağlı apardığı müzakirələrin əhəmiyyətini qeyd edərək deyib ki, "Bu müzakirələrin nəticələrini iki istiqamətdə - AŞ-nın  təməl prinsiplərinə hörmət və bu müharibənin quruma digər üzv dövlətlərdə təkrar olunmasının qarşısını almaq kimi- görmək olar. Bu, yalnız Rusiya ilə Gürcüstan  arasında olan məsələ deyil, həmçinin Avropa məsələsidir. Bu, Gürcüstanın yox,  Avropanın sərhədlərinin rus ordusu tərəfindən pozulmasıdır."

Kastriot İslami bildirib ki, bu konteksdə bir neçə faktorun ön plana çəkilməsi vacibdir. Müvafiq faktorları  nəzərədən keçiridikdə isə beynəlxalq araşdırmanın aparılmasına ehtiyac qalmır. Rusiya qoşunlarının digər ölkənin sərhədlərini keçməsi artıq faktdır. Bundan başqa, separatçı rejimlərin birtərəfli qaydada müstəqilliyinin tanınması Rusiya tərəfdən  Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə birbaşa zərbədir.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) cümə axşamı gürçü-osetin münaqişəsi ilə bağlı, Rusiya ilə Gürcüstan arasındakı müharibənin nəticələrinınə dair qətnamə qəbul edib. Sənədin müzakirəsi zamanı Rusiya tərəfinin təqdim etdiyi əlavə və düzəlişlər qəbul edilməyib. Gizli səsvermə zamanı 92 parlamentari Qətnamənin lehinə, 24-ü isə əleyhinə səs verib.     

Qətnamədə bildirilir ki, Gürcüstan eyni olaraq Rusiya kimi Avropa Şurasının prinsip və dəyərlərini və münaqişəni sülh yolu ilə həll etmək öhtəliklərini pozub. Hər iki tərəf insan haqqlarının pozulmasına görə eyni dərəcədə məsuliyət daşıyır.

Sənəddə AŞPA, gürcü-osetin münaqişəsi zamanı baş verən hadisələri hərbi cinayyət kimi qiymətləndirərk beynəlxalq istintaqın keşirilməsini tələb edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti