...

Azərbaycan prezidentliyinə namizəd İlham Əliyevin İnternet-saytı işləməyə başlayıb

Siyasət Materials 3 Oktyabr 2008 17:22 (UTC +04:00)
Azərbaycan prezidentliyinə namizəd İlham Əliyevin İnternet-saytı işləməyə başlayıb

Azərbaycan, Bakı, 03 oktyabr/ Trend , müxbir N.Abdullayeva/ Azərbaycan prezidentliyinə namizəd İlham Əliyevin İnternet-saytı - http://ilhamlaireli.az/ işləməyə başlayıb. Orijinal tərtibatlı sayt öz dizaynı ilə diqqəti cəlb edib. Seçicilərə prezidentliyə namizədin fəaliyyəti haqqında tam məlumat təqdim edilib: regionlara səfərlər, çıxışlar, qəbullar. Eyni zamanda Azərbaycan, rus və ingilis dillərində informasiya təqdim edən sayt üçdilli formatda işləyir.

Xüsusi "Azərbaycan 2003 - 2008" bölməsində seçicilərə İlham Əliyevin prezidentliyi dövrünə ekskursiya etmək və ölkənin həm sosial - iqtisadi, həm də siyasi sahələrində fəaliyyətin nəticələri ilə tanış olmaq təklif edilir. "Proqram" bölməsində Yeni Azərbaycan Partiyasının sədrinin seçkiqabağı platforması və onun yaxın beş ildə ölkənin inkişafının əsas məsələləri üzrə baxışları təqdim edilir. Jurnalistlər üçün ən maraqlı bölmə "Mətbuat mərkəzi"dir. KİV nümayəndələri burada Seçki Qərargahının cari fəaliyyəti haqqında informasiya tapa bilərlər. İnternet resurs mətnli informasiya ilə yanaşı, İlham Əliyevin yeni şəkilləri ilə zəngindir.

Prezidentliyə namizədin seçkiqabağı saytı istifadəçilərlə əks əlaqə təklif edir. Bunun köməyi ilə namizədin Seçki Qərargahına elektron məktub göndərmək mümkündür.

2008 - ci ildə Azərbaycanda seçkiqabağı prezident kampaniyası virtual məkanda texnoloji yeniliklərdən istifadə ilə yadda qalacaq. Mərkəzi Seçki Komissiyası seçki məntəqələrinin (500 məntəqə) 10% -nin veb - kameralarla təchiz olunduğunu elan edib. Bu kameraların köməyi ilə həm seçkilərin gedişini, həm də seçicilərin səslərinin hesablanmasını onlayn rejimdə müşahidə etmək mümkün olacaq.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti