...

Bakıda intihar etmiş kişinin çürümüş cəsədi tapılıb

Siyasət Materials 7 Oktyabr 2008 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Əzizbəyov rayonunda 53 yaşlı kişinin asılmış vəziyyətdə çürümüş cəsədi aşkarlanıb.

Əzizbəyov rayon Prokurorluğundan cümə axşamı Trend - a verilən məlumata görə, oktyabrın 5 - də saat 19: 00 radələrində Əzizbəyov rayonunun Şağan qəsəbəsinin Qazmaçılar küçəsi, ev 4 ünvansyda yaşayan Rafiq Səfər oğlu Həsənovun həmin evdə asılmış meyiti aşkar edilib.

Rayon prokurorluğundan bildiriblər ki, araşdırma zamanı Həsənovun intihar etməsi müəyyənləşib. Araşdırma zamanı o da məlum olub ki, mərhum təxminən 20 gün əvvəl özünü asıb.

Rayon prokurorluğundan əlavə ediblər ki, hələlik intiharın səbəbləri dəqiq müəyyən olunmasa da, hadisə ilə bağlı istintaqda bir necə versiya var.

İstintaq aparıldığından, versiyalar haqda məlumat verilməyib.

Faktla bağlı Əzizbəyov rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti