...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin paylanmasını başa çatdırıb

Siyasət Materials 8 Oktyabr 2008 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesini vaxtından əvvəl başa çatdırıb.

"Mərkəzi Seçki Komissiyası tərəfindən seçicilərin sayından 3 faiz artıq olmaqla çap etdirilmiş 4 milyon 903 600 seçki bülletenininq paylanması başa çatdırılıb", - deyə MSK sədri Məzahir Pənahov çərşənbə günü jurnalistlərə bildirib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti