...

Ukrayna prezidenti Ali Radanın buraxılacağını bəyan edib

Siyasət Materials 8 Oktyabr 2008 23:21 (UTC +04:00)
Ukrayna prezidenti Ali Radanın buraxılacağını bəyan edib

Ukrayna prezidenti Viktor Yuşşenko Ali Radanın buraxılması haqda bəyanatla çıxış edib. Bu xəbəri Rusiyanın "Vesti" telekanalı yayıb. Yuşşenko həmçinin növbədənkənar parlament seçkilərinin keçiriləcəyini deyib. Seçkilərin tarixi müvafiq sənədin imzalandığı gündən 60 gün ərzində müəyyən ediləcək.

Sentyabrın 2-də prezidenti dəstəkləyən "Bizim Ukrayna-Xalq özünümüdafiə" bloku Yuliya Timoşenko blokunun Regionlar Partiyası ilə əməkdaşlıq etdiyindən sonra koalisiyanı tərk edib. Bir ay ərzində siyasi qüvvələr yeni koalisiya yarada bilməyiblər. Bu üzdən də dövlət başçısı parlamenti buraxmaq hüququ əldə edib.

Xəbər lenti

Xəbər lenti