...

Rusiya bazar ertəsi Gürcüstanın hava məkanını iki dəfə pozub – XİN

Siyasət Materials 14 Oktyabr 2008 13:28 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/ Dünən Gürcüstanın hava məkanı Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri tərəfindən iki dəfə pozulub. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir. Bazar ertəsi saat 09:57-də iki təyyarə Stepantsmind rayonunda Gürcüstanın hava məkanına daxil olub və saat 10:01-də Cav rayonu (Rok tuneli yaxınlığında) tərəfindən Rusiya istiqamətində uçublar.

İkinci dəfə saat 10:29 və 12:27 aralığında üç hərbi təyyarə Stepantsmind və Kazbeq tərəfindən 45 km Gürcüstanın hava məkanına daxil olub. Onlar On, Saçxer, Cav, Tsxinvali və Stepantsmind rayonları üzərində bir neçə dəfə dövrə vurduqdan sonra Gürcüstanın hava məkanını tərk ediblər.

"Rusiya təyyarələrinin Gürcüstanın suveren hava məkanına növbəti dəfə soxulması Rusiyanın Gürcüstana qarşı təcavüzü davam etdirdiyini təsdiq edir. Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiyanın Gürcüstana qarşı təcavüzünün qarşısının alınması istiqamətində qəti tədbirlərin görülməsi üçün beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlara müraciət edir", - deyə Gürcüstan XİN bəyan edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti