...

İstanbulda yaşayan Azərbaycan vətəndaşlarının 20 % - i Konsulluqda səs verib

Siyasət Materials 15 Oktyabr 2008 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir B.Həsənov/ Azərbaycanın İstanbuldakı konsulluğunda Azərbaycan vətəndaşı olan seçicilərin 20 % - i iştirak edib.

"Seçkilər yerli vaxtla saat 8: 00 - da başlayıb və artıq seçicilərin 20% - i səsvermədə iştirak ediblər" -deyə Azərbaycanın İstanbuldakı Baş konsulu Səyyad Aran Trend - a bildirib.

İstanbulda rəsmi qeydiyyatda olan Azərbaycan vətəndaşlarının ümumi sayı 551 nəfərdir.

"Seçicilərin iştirakını təimin etmək üçün konsulluq tərəfindən 6 avtobus ayrılıb. Bu avtobuslar həm İstanbulun ucqar yerlərindən, həm də İstanbula yaxın şəhərlərdən tələbələrin və digər seçicilərin səs- vermədə iştirakını asanlaşdıracaq"- deyə konsul bildirib.

Konsul onu da əlavə edib ki, seçicilərin fəallığı normaldır.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Xəbər lenti

Xəbər lenti