Bu gün Türkiyədə cümhuriyyətin elan olunması ilə bağlı müxtəlif tədbirlər keçirilir. Tədbirlər prezident Abdulla Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan, parlament sədri, nazirlər və digər dövlət və hökumət rəsmiləri tərəfindən Türkiyə cümhuriyyətinin banisi Atatürkün məzarını ziyarətlə başlayıb. Bu barədə Türkiyənin "Haber7" informasiya agentliyi məlumat verib.
Dövlət və hökumət rəsmilərinin iştirak etdiyi tədbir Türkiyə parlamentində davam edib. Günorta və axşam isə Abdulla Gül prezident sarayında rəsmi ziyafət verəcək.