Ukrayna, Kiyev, 03 noyabr/ Trend , müxbir Z.Novosvitski/ Ukrayna prezidenti Viktor Yuşşenko noyabrın 14 - də Bakıda IV Enerji Sammitində iştirak edəcək.
Bu barədə Ukrayna prezidenti katibliyi rəhbərinin müavini Andrey Qonçaruk brifinqdə məlumat verib.
Onun sözlərinə görə, sammitdə bir sıra dövlət və hökumət başçıları iştirak edəcək.
Qonçaruk qeyd edib ki, sammitdə Avrasiya neft - qaz nəqliyyat dəhlizinin gələcək inkişafı məqsədini daşıyan sənədləri təqdir etmək planlaşdırılıb.
Əvvəllər Ukrayna hakimiyyəti Bakıda keçiriləcək Sammitdə Odessa - Brodı neft kəmərinin avers rejimdə işə hazır olmasının elan ediləcəyi barədə fikir səsləndirirdilər.
III Enerji Sammiti mayda Kiyevdə keçirilib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]