...

Azərbaycan prezidenti Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçiriləcək konfransına hazırlıq məqsədilə Təşkilat Komitəsinin yaradılması ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 4 Noyabr 2008 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 noyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransının Baki şəhərində keçirilməsinə hazırlıq məqsədilə Təşkilat Komitəsinin yaradılması ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransı 2008 - ci il dekabrın 1- 4 - də Bakıda keçiriləcək.

Konfransın hazırlanması və keçirilməsini təmin etmək məqsədilə, Azərbaycanın Baş naziri Artur Rasizadənin sədrliyi ilə Təşkilat Komitəsi yaradılacaq.

Təşkilat Komitəsinə Azərbaycanın mədəniyyət və türizm, xarici işlər, daxili işlər, rabitə və informasiya texnologiyaları, təhsil, səhiyyə, nəqliyyat nazirləri və bir sıra dövlət müəssisələrinin rəhbərləri daxildir.

Sərəncamda deyilir ki, Təşkilat Komitəsi konfransın keçirilməsi ilə bağlı müvafiq tədbirlər planı hazırlayıb, onun yerinə yetirilməsini təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti