...

Livan prezidenti bu gün Tehrana gəlir

Siyasət Materials 24 Noyabr 2008 18:50 (UTC +04:00)

İran, Tehran, 24 noyabr/ Trend , müxbir E. Namdari/ Livan prezidenti Mişel Süleyman böyük nümayəndə heyətinin müşayiəti ilə bu gün (bazar ertəsi) Tehrana səfər edir.

Bu, Süleymanın 2008- ci ilin mayında Livanda prezident kürsüsünə əyləşdikdən sonra İrana ilk səfəridir.

Onun iranlı həmkarı Məhmud Əhmədinejadla və bir sıra başqa yüksək rütbəli İran rəsmiləri ilə görüş keçirəcəyi nəzərdə tutulur.

İran mənbələri bildiriblər ki, iki ölkə arasında bütün sahələdrə əlaqələrin və münasibətlərin genişləndirilməsi və inkişafının müzakirəsi, regionda, Livanda, Fələstində və dünyada vəziyyətin araşdırılması, Livan və İran prezidentlərinin danışıqlar mövzusu olacağı məsələlərin əsas prioritetlərindəndir.

Bəzi məlumatlara əsasən, Süleyman müdafiə və hərbi əməkdaşlığına dair İran tərəfi ilə filik mübadiləsi aparacaqdır.

"Əlhəyat" qəzetinin ötən günkü sayında yazdığına görə, Livan prtezidentinin İrana səfərindən məqsəd Livan ordusu və Hizbullahın silahla təchizatını təmin etməkdir. Bu məlumat Livan  və İran rəsmiləri tərəfindən təkzib edilmir.

İranın Livandakı səfiri Məhəmmədrza Şeybani ötən gün İRNA dövlət informasiya agentliyinə bildirib ki, bu görüşün bir hissəsi müdafiə və hərbi sahədə ikitərəfli əməkdaşlığın müddətinin uzadılmasına həsr edilib.

İran və Livan arasında  hərbi və müdafiə sahələrsində beşillik müqavilə imzalanıb.Şeybani həmin müqavilənin müddətinin uzadılacağını proqnozlaşdırır.

Bu məlumatlarla əlaqədar olaraq, İranın PRESS TV saytının Əl - Əxbar qəzetinə istinadən bu gün yazdığına görə, Livan rəsmiləri səfərin çox həssas olduğunu nəzərə alaraq, bu ölkənin müdafiə nazirinin Mişel Süleymanı Tehran səfərində müşayiət etməməsini qərara alıblar.

Əl - Əxbar qəzeti, iddia edib ki, bu missiya (İranla hərbi əməkdaşlıq haqqında müqavilənin bağlanması) Livanın daxili işlər nazirinə həvalə edilib.

Kütləvi informasiya vasitələri İran və Livan rəhbərləri arasında hərbi əməkdaşlıq haqqında müqavilənin imzalanması imkanları haqqında məlumat verdiyi bir şəraitdə, Livanın Kətayeb partiyasının sədri Əmin Cümeyyil bildirib: "Hizbullahın və Livanda fəaliyyət göstərən Fələstin silahlı qruplaşmalarının tərk - silah  edilməsinin vaxtı çatıb".

Cümeyyil, oğlu Pyer Cümeyyirln öldürülməsinin ikinci ildönümü ilə  bağlı  bildirib ki, "Vətənə bağlılıq, xarici qüvvələrə tabeçiliyə son qoyulıması, qeyri - qanuni silahlardan imtina edilməsi, radikallığın, yersiz təəssübkeşliyin qarşısının alınması və başqalarının fikrinə hörmətdən başqa yolla əldə olunmaz".

PRESS TV- nin verdiyi məlumata görə, Cümeyyil qeyd edib: "Mən çadır şəhərciklərində və başqa yerlərdə yerləşən fələstinlilərin silahsızlaşmasının, eləcədə Hizbullahın  tərk- silah olunması tələb edirəm. Biz Hizbullahın yerinə vətəni müdafiə etməsi üçün, real müdafiə strategiyası yaratmalıyıq. Bəziləri öz silahlarını qorumaq məqdəsilə müdafiə strategiyası yaradılması üçün layihə hazırlamaq niyyətindədirlər. Halbuki, əsl müdafiə strategiyası, müharibə strategiyası yox, sülh strategiyasıdır".  

Cümeyyil Hizbullah hərəkatının ünvanına kəskin və görünməmiş hücumlar etdiyi bir halda, Livanın Baş Naziri Fuad Sinyora prezident Mişel Süleymanla görüşündən sonra bildirib: "Cümeyyilin silahla bağlı söylədikləri, əslində, Livan xalqının böyük bir hissəsinin fikridir  və bu, nəzərə alınmalıdır".

Xəbər lenti

Xəbər lenti