...

Gürcüstanın NATO-ya daxil olması üzrə əsas rol alyans komissiyasına həvalə olunur

Siyasət Materials 3 Dekabr 2008 12:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ NATO-Gürcüstan Komissiyası mərkəzi struktur olacaq və yaxın vaxtlarda Gürcüstanın alyansa daxil olma məsələsini müəyyən edəcək. Bu barədə Bürüsseldə olan Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili bildirib.

"NATO-da artıq indiyədək diqqət mərkəzində olan, Gürcüstanın ÜFP-ni (Üzvlük üzrə Fəaliyyət Planı) almağa hazır olmasına deyil, alyansa üzv olmaq üçün ona necə kömək etmək məsələsinə xüsusi diqqət ayrılır. Məhz bu səbəbdən əsas rolu NATO-Gürcüstan Komissiyası yerinə yetirməlidir", - deyə Tkeşelaşvili bildirib.

Onun sözlərinə görə, Şimali Atlantika bloku ölkəni üzvlüyə yaxınlaşdırmaq üçün NATO-Gürcüstan Komissiyası çərçivəsində belə bir yardımın göstərilməsinə maksimum səy tətbiq etməyə tam hazır olduğunu bildirir.

NATO Ukrayna və Gürcüstanı fəal şəkildə dəstəkləyir və alyansa üzvlük üçün onlara illik milli proqram təklif edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti