...

Azərbaycanın Gəncə şəhərində qardaş bacısını qətlə yetirib

Siyasət Materials 30 Dekabr 2008 11:02 (UTC +04:00)

Azərbaycan, Gəncə, 30 dekabr / Trend müxbir V.Məmmədov/ Azərbaycanın qərbində yerləşən (paytaxt Bakıdan 365 km məsafədə) Gəncədə qardaş bacısını qətlə yetirib.

Trend -un məlumatına görə, bazar ertəsi saat 17-18.00 radələrində Gəncə şəhəri, Fikrət Əmirov küçəsi 28, mənzil 69-da yaşayan 22 yaşlı Türkan Əliyeva qardaşı, 19 yaşlı İsmayıl Quliev tərəfindən öldürülüb.

Əliyeva döş və boğaz nahiyələrindən aldığı ağır bıçaq zərbələrindən hadisə yerində keçinib.

Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Quliyev Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120) maddəsi ilə cinayət işi açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]       

Xəbər lenti

Xəbər lenti