...

Yanvarın 26-da Qafqaz Platformasının iclası keçiriləcək

Siyasət Materials 22 Yanvar 2009 14:42 (UTC +04:00)
Yanvarın 26-da Qafqaz Platformasının iclası keçiriləcək

Yanvarın 26-da Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının İstanbulda iclası keçiriləcək. Bu barədə Türkiyənin "Haber 1" informasiya agentliyi məlumat verib.

İclasda Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və Türkiyənin Xarici İşlər nazirliklərinin yüksək vəzifəli nümayəndələri iştirak edəcəklər. Ev sahibi Türkiyə iclasda Xarici İşlər Nazirliyinin Qafqaz regionu üzrə məsul müşavir müavini Ünal Çeviköz tərəfindən təmsil olunacaq. İclasda Qafqaz Platformasının həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması 2008-ci ilin avqustunda baş verən Rusiya-Gürcüstan münaqişəsindən sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən regionda sülh və əməkdaşlığı təmin etmək məqsədilə təklif olunub.

Xəbər lenti

Xəbər lenti