...

Avropa Şurasının baş katibi Ermənistanda prezident seçkisindən sonra baş verən hadisələrlə bağlı tədqiqat işində irəliləyişin olmamasından təəssüflənib

Siyasət Materials 27 Yanvar 2009 13:40 (UTC +04:00)
Avropa Şurasının baş katibi Ermənistanda prezident seçkisindən sonra baş verən hadisələrlə bağlı tədqiqat işində irəliləyişin olmamasından təəssüflənib

Fransa, Strasburq, 27 yanvar / Trend , müxbir A. Məhərrəmli/ Avropa Şurasının baş katibi Ermənistanda prezident seçkisindən sonra baş verən qarşıdurma ilə bağlı tədqiqat işində irəliləyişin olmamasından təəssüflənib.

"Ermənistandakı vəziyyətə dair kifayət qədər dəqiq mövqeyim var. Ötən ilin martın 1-dən sonra tədqiqat işində irəliləyiş yoxdur", - Trend -un məlumatına görə, çərşənbə axşamı jurnalistlərə Avropa Şurasının baş katibi Terri Devis bildirib.

Trend -un arayışı: Ermənistanın müxalifəti, 2008 - ci ilin fevralında keçirilmiş və Serj Sarkisyanın qələbə qazandığı prezident seçkilərinin yekunlarından narazılığını bildirərək, 2008 - ci il fevralın 20 - dən İrəvanın mərkəzində etiraz aksiyalarına başlayıb. Martın 1- də aksiyalar mitinq edənlərin hüquq-mühafizə orqanlarının nümayəndələri ilə toqquşmalarına çevrilib, onlarla insan həlak olub və 265 nəfər yaralanıb. Ermənistana qarşı iki əsas tələb irəli sürülüb - syasi məhbusları azad etmək və mart hadisələrinin qərəzsiz araşdırılması. Tələblərin heç biri yerinə yetirilməyib.

Devis deyib ki, Ermənistandakı vəziyyətdən narahatlıq hissi keçirir.

"Mən Ermənistan hakimiyyətindən tədqiqatın nəticələrini soruşanda, deyirlər komissiya bununla məşğuldur,  Polis orqanı olduğu halda bu komissiyanin işinə nə ehtiyac var", - Devis əlavə edib.

AŞ-nın baş katibi Ermənistan mədəniyyət nazirinin Bakıda keçirilən mədəniyyət sammitinə dəvət olunmasına baxmayaraq, getməməsinə də təəssüflənib.

"Ölkələr arasında dialoq tək prezident və nazirlər səviyyəsində keçməməlidir. Bura iki ölkınin məmurları da qoşulmalıdır", -  Devis bildirib.

Ötən il dekabrın əvvəllində Bakıda Avropa ölkələrinin mədəniyyət nazirlərinin toplantısına Ermənistanın mədəniyyət naziri dəvət edilsə də, o, tədbirə gəlməmişdi.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti