Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Bakıda yerləşən restoranlardan birində əxlaqsızlıq yuvası saxlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Suraxanı rayonu ərazisindəki "Altun" restoranında əxlaqsızlıq yuvası təşkil etdiyi üçün həmi obyektin icarədarı, Quba rayon sakini Mübariz Əhmədov saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.
2007-ci illə müqayisədə ötən il fahişəliyə cəlb etmə və ya əxlaqsız yuvaları saxlama cinayətləri 100 fakt artıb. 2007-ci ildə bu göstərici 200, ötən il isə 300 fakt təşkil edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]